HIFU, Jonte cihazı güclü və eyni zamanda yığcam bir cihazdır. Cihazın iş prinsipi üz və bədən üzrə dərinin SMAS qatına fokuslanmış ultrasəs dalğalarına əsaslanır. Cihaz 7 ədəd, fərqli dərinliyə təsir göstərə bilən kartriclərlə təmin olunmuşdur.
Cihazın istifadə məqsədləri aşağıdakılardır: • Aydın üz cizgilərinin əmələ gəlməsi; • Mimik qırışların azalması; • Göz ətrafı qırışların dərinliyinin və sayının azalması; • Üst dodaq üstü vertikal qırışların azalması; • İkinci buxağın əhəmiyyətli dərəcədə balacalaşması; • Dekolte nahiyəsində dərinin dartılması; • Bədən nahiyələri üzrə piy qalıqlarının azalması və tonusun artırılması; • Ümumi dərinin dartılmış və elastik görkəm alması; • Bədəndə yağ çöküntülərinin və selülitin aradan qaldırılması; • Arıqlama və ya bədən konturlarının korreksiyası.