FDA və CE sertifikatları ilə təmin olunmuş Ultra Skin, Wontech cihazının iş prinsipi üz və bədən üzrə dərinin SMAS qatına fokuslanmış yüksək tezlikli ultrasəs dalğalarına əsaslanır.
Cihazın texniki xüsusiyyətləri: • 2 standart (3.0mm, 4.5mm) və 2 opsional (1.5mm, 13.0mm) kartriclə təchiz olunmuşdur • Maksimum Enerji: 3J/cm2 (0.1J ilə tənzimlənmə imkanı) • Kartric təsir uzunluğu: 30mm (1mm ilə tənzimlənmə imkanı) • Təsir nöqtələri arası məsafə: 0.7 - 3mm
Cihazın istifadə məqsədləri aşağıdakılardır: • Aydın üz cizgilərinin əmələ gəlməsi; • Mimik qırışların aradan qaldırılması; • Göz ətrafı qırışların dərinliyinin və sayının azalması; • Üst dodaq üstü vertikal qırışların aradan qaldırılması; • İkinci buxağın aradan qaldırılması; • Bədən nahiyələri üzrə piy qalıqlarının azalması və tonusun artırılması; • Ümumi dərinin dartılmış və elastik görkəm alması; • Bədəndə yağ çöküntülərinin və selülitin aradan qaldırılması; • Bədən konturlarının korreksiyası.