RF Liftinq – dərinin radiodalğaların təsiri ilə dartılmasıdır. Zaman keçdikcə dərinin kollagen lifləri laylara bölünür və dərini tonusda saxlamaqda çətinlik çəkir. Radiodalğalı liftinq – dərinin liflərinin karkasının bərpasına yönəlmiş prosedurdur.
Rf Liftinq-in üstünlükləri: • Prosedur bütün yaş kateqoriyaları və dəri növlərinə tətbiq oluna bilər. • Seans yalnız 20-30 dəqiqə çəkir. • Prosedur tamamilə nəzarət olunandır. • Prosedur sonrası dərinin və əzələ toxumasının hamarlaşması baş verir. • Prosedur üçün əks göstərişlər praktiki olaraq yoxdur. • Prosedurun ağrısızlığı - anesteziya tələb olunmur, çünki prosedur zamanı, yalnız xoş istilik hiss olunur. • Göyərmələr və prosedur sonrası şişkinliklər yoxdur. • Prosedur hazırlıq və reabilitasiya dövrü tələb etmir. • Bir prosedur zamanı işlənə bilinəcək nahiyənin sahəsi baxımından heç bir məhdudiyyət yoxdur.