Bison Ensemble (Mikronidl+RF)

34000,00
AZN
37000,00
AZN
Ensemble – qızılı mikroiynələrlə təchiz olunmuş fraksional RF-liftinq cihazıdır. Onun iş prinsipi dərinin 0,25-4,50 mm dərinliklərinə nüfuz edə bilən bipolyar radiotezlikli enerjinin təsirinə əsaslanmışdır. Qızılı iynələrlə terapiya və RF dalğaların kombinasiyası dərinin müxtəlif estetik qüsurlarını aradan qaldırmağa imkan verir.

Bison Ensemble cihazı 2 növ ucluğa malikdir:
İzoləolunmuş iynə BS-IS-25
• RF-dalğalar iynənin ucuna ötürülür;
• İynə epidermisdə yanıq törətmədən dəriyə axıcı formada daxil olur. Bu isə dərinin termiki zədələnmə ehtimalını minimuma endirir, eləcə də bərpa proseslərini sürətləndirir.

İzoləolunmamış iynə BS-NIS-25
• RF-dalğalar bütün iynə boyunca bərabər yayılır. Bu xüsusiyyət derma ilə yanaşı, epidermisə də təsir göstərməyə imkan verir;
• Sızanaq, dəri çatları (striya) və s. kimi kosmetik problemlərin həlli üçün nəzərdə tutulmuşdur.

Mikronidl + RF-liftinq funksiyalarını daşıyan Bison Ensemble cihazı ilə əldə olunanlar:
• Bütün növ qırışların açılması;
• Sallanmış dərinin liftinqi;
• Foto və xronocavanlaşma;
• Dəri elastikliyi və tonusun bərpası;
• Genişlənmiş məsamələrin daralması;
• Sızanaq ləkələrinin itirilməsi;
• Dərinin sağlam görünüş qazanması;
• Akne müalicəsi;
• Çapıq və dəri çatlarının (striya) aradan qalxması;
• Saçların möhkəmlənməsi və uzanması;
• Qoltuqaltı nahiyənin hiperhidrozunun terapiyası.

Bison Ensemble cihazı KFDA (Korean Food and Drug Administration) sertifikatına malikdir.

Ətraflı məlumat üçün zəng edin:
(055) 525 39 33