Scarlet S (Mikronidl+RF)

60000,00
AZN
64000,00
AZN
Scarlet S — izoləolunmayan qızılı mikroiynələrlə müxtəlif növ dəri və saç problemlərini həll edən fraksional RF-liftinq aparatıdır. Bu cihazın əsasında patentləşdirilmiş, təhlükəsiz, az invaziv "Na Effect" fraksional texnologiya dayanır. Onun köməyilə aşağıdakı nəticələr əldə olunur:
• Üz ovalının formalaşması;
• Səthi və dərin qırışların açılması;
• Bədən boyunca dərinin liftinqi;
• Çapıq və dəri çatlarının (striya) korreksiyası;
• Aknenin müalicəsi;
• Məsamələrin daralması;
• Saç uzanmasının stimulyasiyası;
• Qoltuqaltı nahiyənin hiperhidrozunun (tərləmə) aradan qaldırılması.

Scarlet S geniş istifadə imkanlarına malikdir: onu həm mono-prosedur, həm də digər kosmetoloji cihaz və inyeksion üsullarla kompleks şəkildə istifadə etmək mümkündür.

Scarlet S ilə aparılan prosedurların mükəmməlliyi cihazın 2-li təsiri ilə izah olunur: dəqiq hesablanmış ara məsafəsi ilə düzülən 25 ədəd qızılı, nazik mikroiynələr dəriyə 0,5-3,5 mm dərinlikdə daxil olur. Bunun sayəsində nəinki epidermisdə regenerasiya prosesləri aktivləşir, həmçinin dermada yeni kollagen və elastinlər sintez olunur. İkifazalı təsir nəticəsində dəri cavanlaşır, dartılır və sağlam görünüş qazanır.

RF-liftinq və mikronidl funksiyalarını özündə birləşdirən Scarlet S cihazı FDA (USA Food and Drug Administration), eləcə də KFDA (Korean Food and Drug Administration) sertifikatlarına malikdir.


Ətraflı məlumat üçün zəng edin:
(055) 206 26 26