Stomatoloji Qurğu - S200 - müasir tələblərə cavab verən, funksionallığı və erqonomikliyi ilə seçilən innovasion avadanlıqdır. Diş-çənə sistemi üzərində müxtəlif prosedur və cərrahi əməliyyatların aparılması üçün nəzərdə tutulan bu qurğu stomatoloji kabinetin əsas komponenti hesab olunur. Onun üstünlükləri aşağıkılardır: - həkim blokunda 5 alət - sensorlu idarəetmə paneli - assistent blokunda alətlərin sayı - 3 + 2 sərbəst yuva - işıqlı elektromotor və skeyler - yüksək surətli başlıq - 2 ədəd - aşağı surətli başlıq - 1 ədəd - 3 çıxışlı şpris (isti / soyuq) - 2 ədəd - 90° fırlanan tüpürmə qabı - fırlanan qurğu qutusu - əsas idarəetmə sistemi - köməkçi idarəetmə sistemi - su qızdırıcı sistemi - multifunksional, ayaqla idarəetmə pedalı - güclü aspirasiya borusu - zəif aspirasiya borusu - su təmizləmə sistemi - avtomatik stəkan doldurma sistemi - poliuretal örtük - salfet qabı - sensorlu LED işıq - 24V DC motor Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Stomatoloji Qurğu, S300
12.000
AZN
14.000
AZN
Stomatoloji Qurğu - S300 - ən yeni standartlar üzrə hazırlanılan və intensiv istifadə üçün nəzərdə tutulan avadanlıqdır. Onun üstünlükləri aşağıdakılardır: - vertikal yerdəyişmə amplitudu 34 sm olan özü tənzimlənən kronşteyn - incə və tək toxunuşla idarəolunan klaviş paneli - kreslonun 12 işçi vəziyyətinə uyğunlaşma qabiliyyəti - ucluqların turbin hissəsinin yüksəksürətli fitinqlə təchizi - yüksək surətli başlıq - 2 ədəd - aşağı surətli başlıq - 1 ədəd - 3 çıxışlı şpris (isti / soyuq) - 2 ədəd - 90° fırlanan tüpürmə qabı - əsas idarəetmə sistemi - köməkçi idarəetmə sistemi - su qızdırıcı sistemi - multifunksional, ayaqla idarəetmə pedalı - güclü aspirasiya borusu - zəif aspirasiya borusu - su təmizləmə sistemi - avtomatik stəkan doldurma sistemi - mikrolifli dəri örtüyü - sensorlu LED işıq - 3 pozisiyalı yaddaş proqramı - geniş oturacaq - lüks dental stul - 24V DC motor Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Sterilizator (Avtoklav) alətlərin sterilizasiyasını həyata keçirmək üçün nəzərdə tutulmuş avadanlıqdır.
WOSON şirkəti istehsalı olan TANDA (18L) profesional istifadə üçün nəzərdə tutulmuş tibbi, termik sterilizatordur. Onun xüsusiyyətləri və üstünlükləri:
• Beynəlxalq sertifikatların mövcudluğu (CE) ilə standartlara uyğunluq; • Sterilizasiya zamanı 134° C-dək temperaturda çalışma; • 1500 watt gücü və 18 litr həcmində daxili kamera; • -0.9 - 2.5 bar intervalında təzyiq altında sterilizasiya imkanı; • 4 fərqli sterilizasiya proqramının mövcudluğu; • Sterilizasiya və qurutma prosesinin sonunda avtomatik dayanma; • Daxili kameranın tam sızdırmazlığını təmin edən ikiqat qorumalı xüsusi kilid sistemi; • Ön paneldəki boşaltma klapanının əlverişli yeri ilə suyun çəndən sürətli və keyfiyyətli drenajı imkanı; • 1 dövr sterilizasiya prosesi üzrə 0.16 - 0.18 litr su istifadəsi.
Sterilizator (Avtoklav) alətlərin sterilizasiyasını həyata keçirmək üçün nəzərdə tutulmuş avadanlıqdır.
WOSON şirkəti istehsalı olan TANDA (23L) profesional istifadə üçün nəzərdə tutulmuş tibbi, termik sterilizatordur. Onun xüsusiyyətləri və üstünlükləri:
• Beynəlxalq sertifikatların mövcudluğu (CE) ilə standartlara uyğunluq; • Sterilizasiya zamanı 134° C-dək temperaturda çalışma; • 1700 watt gücü və 23 litr həcmində daxili kamera; • -0.9 - 2.5 bar intervalında təzyiq altında sterilizasiya imkanı; • 4 fərqli sterilizasiya proqramının mövcudluğu; • Sterilizasiya və qurutma prosesinin sonunda avtomatik dayanma; • Daxili kameranın tam sızdırmazlığını təmin edən ikiqat qorumalı xüsusi kilid sistemi; • Ön paneldəki boşaltma klapanının əlverişli yeri ilə suyun çəndən sürətli və keyfiyyətli drenajı imkanı; • 1 dövr sterilizasiya prosesi üzrə 0.16 - 0.18 litr su istifadəsi.
Ultrasəs Təmizləyəci - N60 (6L) - sadə və mürəkkəb konfiqurasiyalı tibbi ləvazimatların ultrasəs dalğalarının köməyilə dezinfeksiyasını həyata keçirir. Cihaz alətləri korlamadan, eləcə də kütləşdirmədən yüksək effektivliklə sterilizasiyanı təmin edir.
Üstünlükləri: - iri həcmli rezervuar; - asılan zənbil; - ultrasəs konverterlər. Dalğaların bərabər paylanması, maksimal təmizlənmə, istifadəyə davamlılıq; - 2 keramik qızdırıcı; - 3 rəngli LED displey. - hər bir konverter üçün sərbəst elektrik həlqəsi. Nəticədə effektivlik 40% artır, istismar müddəti uzanır; - çoxsaylı elektrik protektorlar. Qeyri-düzgün istifadə və ya yüklənmə hallarında cihazın qorunması üçün protektorlar bəzi hissələrə elektrik enerjisinin ötürülməsini dayandırır; - fərqli şəraitdə çalışa bilən hidroizoləolunan idarəetmə lövhəsi; - 2 sərinləşdirici ventilyator. Onlardan biri idarəetmə lövhəsini, digəri isə konverterləri soyudur. Bunun hesabına temperatur enir, işin effektivliyi yüksəlir; - deqazlaşdırma funksiyası. Hava qabarcıqlarını sürətlə aradan qaldırır, su ilə məhlulun qarışmasını tezləşdirir; - keyfiyyətli plastik.
Texniki göstəriciləri: ultrasəs tezliyi: 35 кHs rezervuarın həcmi: 6000 ml rezervuarın materialı: paslanmayan polad. taymer: 1…30 dəqiqə temperatur rejimi: 5 ədəd
Ultrasəs Təmizləyəci - N30 (3L) - dezinfeksiyaedici maye daxilində hava qabarcıqlarının yaranma və partlama mexanizmi əsasında tibbi ləvazimatların təmizlənməsini həyata keçirən cihazdır. Onun iş prinsipi kavitasiya effektinə əsaslanır. 35 kHs vibrasiya tezliyinə malik ultrasəs dalğaları alətlərin ən çətin keçilən yerlərinə təsir edərək, prosesin sürətli və effektiv formada getməsinə şərait yaradır.
Cihazın üstünlükləri aşağıdakılardır: - mürəkkəb formalı ləvazimatların asan təmizlənməsi; - boşluq və dəliklərin rahat yuyulması; - kavitasiya effekti sayəsində alətlərin kütləşməməsi; - tibbi və stomatoloji alətlərin dezinfeksiyası.
Texniki göstəriciləri: rezervurarın həcmi: 3000 ml rezervuarın materialı: paslanmayan polad displey: 3 rəngli LED taymer: 1…30 dəqiqə sərinləşdirici ventilyator cihazın qizmasına imkan verməyən protektorlar Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Ultrasəs Təmizləyəci - N20 (2,5L) - ultrasəs dalğalarının köməyilə tibbi ləvazimatların sürətli və effektiv formada dezinfeksiyası üçün nəzərdə tutulan avadanlıqdır.
Onun xarakterik xüsusiyyətləri və üstünlükləri aşağıdakılardır: - uzun rezervuar. Həcmi: 2500 ml, ölçüləri: 245 х 150 х 76 mm.; - rütubətə və sərt kimyəvi maddələrin təsirinə davamlı idarəetmə paneli; - yüksək təmizləyici effektə malik 38 mm diametrli ultrasəs konverter. Ultrasəs tezliyi: 35 000 Hs; - 2 rəngli LED displey. 1-30 dəqiqə rejimli taymer. Deqazlaşdırma funksiyası; - 100 V gücündə keramik qızdırıcı; - çoxsaylı elektrik protektorlar. Qeyri-düzgün istifadə və ya yüklənmə hallarında cihazın qorunması üçün protektorlar bəzi hissələrə elektrik enerjisinin ötürülməsini dayandırır; - sərinləşdirici ventilyator. Temperaturu aşağı salmaqla işin effektivliyini artırır; - fərqli şəraitdə çalışa bilən hidroizoləolunan idarəetmə lövhəsi; - keyfiyyətli plastik.
Texniki göstəriciləri: Ultrasəs tezliyi: 35 kHs rezervuarın həcmi: 2500 ml rezervuarın materialı: paslanmayan polad çəki: 2.9 kq ölçü: 314 х 243 х 204 mm Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Paketləmə Cihazı, S3
350
AZN
450
AZN
Paketləmə Cihazı - SELINA - sterlizə olunmuş tibbi alətlərin hermetik bağlanması üçün nəzərdə tutulan stomatoloji avadanlıqdır. Onun əsas özəlliyi paketləmə üçün lazım olan temperaturun avtomatik seçilməsindən ibarətdir.
Üstünlükləri: - asan və rahat istifadə. Qızdırıcı səth hesabına alətlərin etibarlı hermetizasiyası təmin olunur, parlaq sensor (datçik) isə temperaturun optimal həddə çatmasını göstərməklə, cihazın işini xeyli yüngülləşdirir: - minimal enerji sərfiyyatı. Paketləmə cihazı - SELİNA nəinki keyfiyyəti, həm də elektrik enerjisinə qənaət etməsi ilə fərqlənir. - müasir dizayn və erqonomiklik. Cihaz kompakt olduğundan kabinetdə çox az yer tutur, yüngül çəki sayəsində daşınması asanlaşıır. Ecazkar dizayn isə hər bir kabinetə xüsusi şarm qatır.
Texniki göstəriciləri: gücü: 500 Vatt paketin eni: 250 mm kəsiyin eni: 10 mm çəki: 5,5 kq Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Air Flow və Qumlama (Sandblasting) cihazı, Coxo CA-1
650
AZN
900
AZN
Air - Flow - PT-A - diş daşlarının peşəkarcasına təmizlənməsi və mina qatının ağardılması üçün nəzərdə tutulan cihazdır.
Bu cihazla aparılan prosedurun üstünlükləri: - protez, breket və digər ortodontik konstruksiyalar tam şəkildə təmizlənir; - çətin keçilən diş ətialtı və diş ətiüstü sahələr ərpdən azad olunur; - pasiyent tərəfindən diskomfort və ağrı hiss edilmir; - piqment ləkələr aradan qalxır, dişlər ağarır; - dişlərin təbii rəngi bərpa olunur; - ağızdan gələn pis qoxu itir. Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Skeyler, UDS-L LED with bottle
650
AZN
900
AZN
Skeyler UDS-L LED - məşhur UDS-L xəttinin davamıdır. Bu model əvvəlkilərdən yeni LED optika və dizayn cəhətdən fərqlənir.
Fibrooptikli UDS-L LED üstünlükləri: - erqonomiklik. Rahat formalı və yüngül çəkili başlıq stomatoloqun gündəlik yüklənməsini azaldır; - LED - işıqlandırma. İşlənmə sahəsinin görüntüsünü yaxşılaşdırır; - təhllükəsizlik. Bütün hissələr avtoklava qoyulur, xarici səthlər dezinfeksiya edilir; - effektivlik. Prosedurun klinik nəticələri Avropa istehsallı analoji cihazların göstəricilərinə uyğundur; - komfort. Tezliyin rəqəmsal tənzimlənməsi tələb olunan rejimin dəqiq seçilməsinə imkan verir; - mobillik. Avtonom su ötürmə sistemi cihazın həkim üçün rahat yerdə istifadəsinə şərait yaradır.
Texniki göstəriciləri: tezliyi: 28 кHs ± 3 кHs su təzyiqi: 0.1bar ~ 5bar (0,01 МPа ~ 0.5 МPа) çəki: 0.73 kq + 1,2 kq (adapter) ölçü: 190 × 125 × 60 mm Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Skeyler, UDS-E LED
750
AZN
1.200
AZN
Skeyler - UDS-E LED - bu avadanlığın analoqları arasında ən proqressiv modeldir. Endodontiya və parodontologiya sahəsində ultrasəs vasitəsilə skeylinq üçün nəzərdə tutulmuşdur. İnnovasion konstruksiya və LED işıqlandırma cihazın mükəmməl işləməsinə şərait yaradır. UDS E LED modelində su mənbəyini əsas blokla birləşdirən şlanqın olmaması avadanlığın iş prinsipini xeyli asanlaşdırır. Bundan əlavə komplektə daxil olan 2 ucluq manipulyasiyaların yüksək səviyyədə yerinə yetirilməsinə səbəb olur.
Üstünlükləri - 135℃ temperaturda və 0.22MPa təzyiqdə sterlizasiya oluna bilən başlıq - optik başlıq - avtonom su ötürmə sistemi - 3 işləmə rejimi: Endo, Perio və Skaling - suspenziyalarla işləmə imkanı - qızmayan başlıq - eleqant və erqonomik dizayn - yüngül çəki və kiçik ölçü - rəqəmsal idarəolunma sistemi - pedalla idarə etmə
Texniki xüsusiyyətləri: tezliyi: 28kHs ± 3kHs blokun çəkisi: 1.35 kq adapterin çəkisi: 1.2 kq Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Air Flow + Skeyler, PT-A
8.000
AZN
8.700
AZN
Air - Flow - PT-A - diş daşlarının peşəkarcasına təmizlənməsi və mina qatının ağardılması üçün nəzərdə tutulan cihazdır.
Bu cihazla aparılan prosedurun üstünlükləri: - protez, breket və digər ortodontik konstruksiyalar tam şəkildə təmizlənir; - çətin keçilən diş ətialtı və diş ətiüstü sahələr ərpdən azad olunur; - pasiyent tərəfindən diskomfort və ağrı hiss edilmir; - piqment ləkələr aradan qalxır, dişlər ağarır; - dişlərin təbii rəngi bərpa olunur; - ağızdan gələn pis qoxu itir. Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Endomotor + Apekslokator - C-Smart-Mini AP - apekslokatorlu, naqilsiz endodontiya aparatıdır. Kök kanalının uzunluğunun dəqiq təyini, alətin apikal dəlikdən kənara çıxmasını əngəlləmək üçün ideal vasitədir.
3 rejimdə işləyə bilir: - yalnız endomotor - yalnız apekslokator - endomotor+apekslokator
Xüsusiyyətləri Erqonomiklik və yüngül çəki sayəsində rahat istifadə olunur. Aparatın portativliyi naqilin uzunluğundan asılı olmadan istənilən pozisiyada işləməyə imkan verir. İri tutumlu batareya uzunmüddətli işləmə qabiliyyətini təmin edir. Kontrast displeydə iş və akkumulyatorun enerji səviyyəsi barədə informasiya qeyd olunur. Fırlanma sürəti normadan çox olduqda, displeydə siqnalla müşayiət olunan qırmızı işıq yanmağa başlayır. Kompakt başlıq 60° əyilmə ilə 6 pozisiyada qoşula bilir. Başlıq asanlıqla sökülərək, avtoklavda 135°C temperaturda sterilizasiya üçün yararlıdır.
C-Smart mini AP aşağıdakı üstünlüklərə malikdir: - naqilsiz endoucluq - rahat interfeys - avtomatik rejimdə testlənmə və kalibrovka - avtorevers - sürət və fırlanma tərzinin tənzimlənməsi - resiprokal və fırlanan iş rejimi
Texniki xüsusiyyətlər Fırlanma sürəti – 125-650 dövr/dəq. Fırlanma anı – 0.6-3.0 N/sm Fayl tipi – ø 2,35 mm Batareya – Li-ion, 1400 mАs Ölçü – 19х13х6 sm Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Endomotor + Apekslokator, C-Smart I Pilot
2.200
AZN
2.500
AZN
Endomotor+Apekslokator - C-SMART-I PILOT - stolüstü və portativ endomotorların bütün üstünlüklərini özündə birləşdirən naqilsiz cihazdır.
Başlıca xüsusiyyətləri: - iri ölçülü rəngli displey - fayl sistemləri üzrə geniş məlumat bazası - fərqli rejimlərdə işləyə bilən apekslokator - avtorevers - avtostop - LED işıqlandırma və s.
Endomotor Bluetooth vasitəsilə baza ilə əlaqəyə girərək, tork, apekslokator, faylın kanalda istiqaməti və s. barədə məlumatları ötürür. Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Apekslokator - C-ROOT I - endodontik müalicə zamanı kök kanalının uzunluğunu dəqiq ölçən, üstəlik rəngli sensor displey ilə təchiz olunan cihazdır.
Üstünlükləri: - sadə və mükəmməl dizayn (aparat yığıla bildiyindən kompaktdır) - multitezlikli innovasion apekslokasiya texnologiyası - kanalın dərinliyinin yüksək dəqiqliklə təyini - rahat istifadə, intellektual istifadəçi interfeysi - TFT maye kristal texnologiyalı rəngli sensor ekran - apikal konstriksiya zonasının virtualizasiyası - apeksin vəziyyətini korreksiya etmə imkanı - siqnal səsini tənzimləməyin mümkünlüyü - avtomatik kalibrovka
Texniki göstəriciləri: - displeyin ölçüsü: 73,44×48,96 mm (3,5 düym) - litium akkumulyator: 3.7V 1800 mAh - adapter üçün giriş: AC100-240V 50/60 Hs - çıxış: DC 5V 1A - ölçüsü: 16×14×6.5 sm - çəki: 0.7 кг Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Obturasiya Sistemi - C-FILL mini - kök kanallarının müalicəsində istifadə olunan kompakt ölçülü yeni modeldir. Cihaz qızdırılmış quttaperça ilə obturasiyanı təmin edir.
Üstünlükləri: - naqilsiz konstruksiya sayəsində biləyin minimal yüklənməsi - əldə rahat tutma və asan istifadə - tez saniyəyə qızma, sürətli iş prosesi - normadan artıq qızmadan müdafiə - iş diapazonları: 150,180, 200, 230°C - iri tutumlu litium-ion batareya - 2 tərəfli maye kristallı ekran (solaxay mütəxəssislərin də rahat işləməsinə imkan verir). Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Obturasiya Sistemi, C-FILL
4.000
AZN
4.700
AZN
Obturasiya Sistemi - C-FILL - qızdırılmış quttaperça ilə obturasiyanı təmin edir. Naqilsiz cihaz dəqiq və təxmin edilmiş üçölçülü plomblanmaya, isidilmiş quttaperçanın vertikal bərkiməsi ilə termoplast quttaperça inyeksiyası arasında seçim etməyə və yaxud hər 2 texnikanın müştərək icrasına imkan yaradır. Hər 2 funksional sistem (ucluq və pistolet) konkret klinik vəziyyətdən asılı olaraq, ayrı-ayrılıqda və ya kombinəolunmuş formada istifadə edilə bilər.
I. Termoplager Üstünlükləri: - naqilsiz konstruksiya sayəsində biləyin minimal yüklənməsi - əldə rahat tutma və asan istifadə - sadə blokirovkalı və 360° fırlana bilən isidici başlıq - tez qızma, sürətli iş prosesi - iri tutumlu batareya, əlavə batareya
Komplektə 5 isidici başlıq daxildir (F - 2 ədəd, FM - 1 ədəd, M - 1 ədəd, ML - 1 ədəd).
Texniki göstəriciləri: - litium-ion batareya: 3.7v 2600 mА.s. - qızma müddəti: 5 saniyə - işləmə temperaturu: 150°C, 180, 200°C, 230°C - isidici başlıqların ölçüləri: F, F, FM, M, ML
II. Pistolet Üstünlükləri: - naqilsiz - kiçik ölçü və rahat istifadə - temperaturun dəqiq tənzimlənməsi və termiki müdafiə qapağı sayəsində yanıq ehtimalının olmaması - 360° fırlanan pistolet iynəsi - 200°C temperatura qədər istənilən növ quttaperçanın əridilməsi - iri tutumlu batareya
Komplektə 4 iynə daxildir (23G - 2 ədəd, 25G - 2 ədəd) Texniki göstəriciləri: - litium-ion batareya: 3.7v 2200 mА.s - qızma müddəti: 30 saniyə müddətində 200°C-yə qədər - işləmə temperaturu: 160°C, 180°C, 200°C, 230°C - iynənin ölçüsü: 23G, 25G
Fiziodispenser - C-SAILOR - cərrahi başlıqlı implantoloji sistemdir. Komplektə aşağıdalkılar daxildir: - əyri ucluq 20:1 - sürəti 50 000 dövr/dəq. olan fırçasız güclü motor - maksimal tork 55 N/sm - multifunksional idarəetmə pedalı
İrriqasiya: - əl və ayaqla idarəolunma - xarici və daxili soyutma - sakit və eyni zamanda güclü su pompası - fizioloji məhlulun 5 ötürülmə rejimi: 50 - 100 ml/dəq.
İdarəolunma: - iri ölçülü maye kristallı ekran - əyri ucluqlar üçün 10 ötürülmə variantı - 10 proqram (sürət, tork, fizioloji məhlulun ötürülməsi, revers)
Texniki göstəricilər: - sürət: 50 000 dövr/dəq. - ölçü: 40*33*26.5 sm - çəki: 8,2 kq Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Fiziodispenser, C-SAILOR PRO
3.500
AZN
4.200
AZN
Fiziodispenser - C-SAILOR PRO - cərrahi başlıqlı, kontrast sensor displeyli və optikalı implantoloji sistemdir. Asan və aydın menyu həkimin cihazla rahat işləməsinə şərait yaradır. Yüngül pedal irriqasiya, proqram seçimi və fırlanma istiqamətini dəyişmək üçün düymələrlə təchiz olunmuşdur. İrriqasiya: - əl və ayaqla idarəolunma - xarici və daxili soyutma - sakit və eyni zamanda güclü su pompası - fizioloji məhlulun 5 ötürülmə rejimi: 50 - 135 ml/dəq.
İdarəolunma: - iri ölçülü sensorlu LED ekran - əyri ucluqlar üçün 7 ötürülmə variantı - 8 proqram (sürət, fırlanma anı, fizioloji məhlulun ötürülməsi, revers)
Texniki göstəricilər: - sürət: 40 000 dövr/dəq. - ölçü: 280 х 230 х 140 mm - çəki: 7,5 kq
Komplektə aşağıdakılar daxildir: - 20:1 fibrooptikalı əyri ucluq - fırçasız motor - multifunksional pedal - 5 irriqasiya borusu - daşınma boksu Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Piezocərrahiyyə Cihazı, US-II
10.000
AZN
11.200
AZN
Piezocərrahiyyə Cihazı US-II - cərrahi stomatologiya və implantasiyada istifadə olunan məşhur ultrasəs aparatının II nəslidir. Bu avadanlıq innovasion texnologiya, yəni idarəolunan 3 ölçülü ultrasəs dalğalar hesabına osteotomiya, osteoplastika, implantologiya, paradontoloji müalicə və ortodontik cərrahiyyə sahəsində yeni imkanlar açır.
Onun əsas xüsusiyyətləri: - yumşaq toxumaları zədələmədən sümük toxumalarının kəsilməsi - maksimal cərrahi dəqiqlik və intraoperasion həssaslıq - kavitasiya effekti - əməliyyat prosesində maksimal görüntü (qansız sahə).
Stomatologiyada istifadəsinə göstərişlər: - implant üçün yuvanın hazırlanması - dişlərin çəkilməsi - dişin distraksiyası - sinus-liftinq - parodontoloji müalicə - kistanın xaric edilməsi - sümük blokunun çıxarılması - osteoplastika və osteotomiya
Texniki xüsusiyyətləri: - iş sahəsinin LED işıqlandırılması - gücü: 10 səviyyəyə qədər tənzimlənmə - iş tezliyi: 24-36 KHz - maksimal vibrasiya: 200 mikron - çəki: 3,1 kq - ölçü: 330 х 254 х 167 mm Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Piezocərrahiyyə Cihazı, Surgic Touch
11.000
AZN
11.900
AZN
Piezocərrahiyyə Cihazı - Surgic Touch - sümük toxumaları üzərində əməliyyat aparmaq üçün nəzərdə tutulan çoxfunksiyalı müasir ultrasəs aparatıdır. Onun əsas funksiyası yumşaq toxumaları zədələmədən mineralizəolunmuş sümük toxumalarının kəsilməsindən ibarətdir.
İstifadəsinə göstərişlər: - qapalı sinus liftinqi - yan müdaxilə ilə sinus-liftinq - implant üçün yuvanın hazırlanması - dişlərin çəkilməsi - yararsız implantların çıxarılması - alveol darağının genişləndirilməsi - kortikotomiya - sümük blokunun çıxarılması - sümük qırıntılarının yığılması - apikal cərrahiyyə - sinirlərə yaxın sahədə osteotomiya - periodontal cərrahiyyə - implantların təmizlənməsi
Üstünlükləri: - mikrometrik kəsiklər. Piezosurgery® texnologiyası yüksək dəqiqlik və intraoperasion taktil həssaslıqla mikrometrik kəsik aparmağa imkan verir. - selektiv kəsiklər. Piezosurgery® yumşaq toxumaları qoruyur. Əməliyyat zamanı sinir, sümük və membranlar zədələnmir. - kavitasiya effekti. Piezosurgery® maksimal intraoperasion görüntünü təmin edir. Bu effekt qansız əməliyyat sahəsi yaradır. - əməliyyat sonrası minimal şişkinlik, sürətli sağalma dövrü.
Texniki xüsusiyyətləri: ölçüsü - 340 х 210 х 150 mm çəkisi - 3,5 kq işləmə tezliyi - 24 000-29 500 Hs ultrasəs: 6 çıxış səviyyəsində tənzimlənmə
Komplektə daxildir: - sümük cərrahiyyəsi üçün Piezosurgery Touch ultrasəs aparatı - LED-işıqlanma ilə ucluq - K8 başlığı üçün dinamometrik açar - pedal - aparatın daşınma və saxlanılması üçün keys Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Ekstraoral Aspirator - V105 - ağızdan kənar aspirasiya sistemi olub, stomatoloji kabinetin mühüm avadanlığı sayılır. Ekstraoral sovurma həkim, assistent və pasiyentlərin sağlamlığının ən güvənli müdafiəçisidir.
Xarakterik xüsusiyyətləri: - yüksəkeffektivli, original filtr - HEPA filtr - 0,3 mikrondan kiçik blokadaedici hissəciklər - nəm, damcı, aerozol və tüstünün aspirasiyası - dezinfeksiyaedici UB lampa - sterlizasiya funksiyası
Texniki göstəriciləri: gücü: 220 Vatt fırçasız motor hava axını - 310 m³/saat, 220 V, 50 Hs və ya 110 V, 60 Hs Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Ekstraoral Aspirator, V108
Ekstraoral Aspirator - V108 - ağızdan kənar aspirasiya sistemi olub, həkim və pasiyentlərin sağlamlığının etibarlı keşikçisi sayılır. Peroral müalicə zamanı, əllərin sürətli yuyulma prosesində, ultrasəs və yaxud tozşəkilli skeyler, bakterial aerozol, küllü miqdarda tüpürcək və qan damcılarının təsirindən həkimin, eləcə də pasiyentin sağlamlığına ciddi xələl gələ bilər. Belə halların qarşısının alınması üçün hər bir stomatoloji kabinetdə ekstraoral aspiratorun olması məsləhətdir.
Yüksəkeffektivli plazma sterlizasiya (80 milyon plazma) və HEPA - filtr havanın maksimal səviyyədə təmizlənməsini təmin edir. Birdəfəlik istifadə üçün nəzərdə tutulan sovurma borusu çarpaz infeksiyaların profilkatikasında mühüm rol oynayır.
Texniki göstəriciləri: gücü: 220 Vatt fırçasız motor hava axını - 380 m³/saat, 220 V, 50 Hs və ya 110 V, 60 Hs Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Hava Kompressoru - 2EW-35 - yağsız kompressorlara aiddir. Bu model bir sıra üstünlüklərə malikdir:
- təmiz hava. Yağla işləyən kompressorlardan fərqli olaraq, 2EW-35 modeli çalışarkən otağın havası yağ hissəcikləri ilə çirklənmir.
- rahatlıq və qənaət. Yağsız kompressor 2EW-35 (100 l) münasib qiyməti və ekonomluğu ilə seçilir. Cihazın yağla təmin olunmasına və tez-tez texniki baxış keçirilməsinə ehtiyac yoxdur. Həmçinin kompressorun yüngül çəkili və kiçik ölçülü olması onun daşınmasını asanlaşdırır.
- komfort və təhlükəsizlik. Avadanlığın səssiz çalışması onun növbəti üstünlüklərindəndir. Digər vacib məqam ondan ibarətdir ki, cihazın işləməsinə çox az miqdarda elektrik enerjisi sərf olunur. Eyni zamanda 2EW-35 modeli 2 qurğunu dəstəkləmək qabiliyyətinə malikdir. Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Dental Mikroskop - CLEAR - müasir stomatologiyada aparılan prosedurların keyfiyyətinin dünya standartlarına çatdırılmasının ayrılmaz faktorudur. 5 qat böyütmə funksiyasına malik bu cihaz mükəmməl diaqnostika və müalicə vasitəsi olub, restavrasiya işlərini yüksək dəqiqliklə yerinə yetirməyə imkan verir.
Texniki göstəriciləri: - apoxromatik optik sistem - 5 böyütmə səviyyəsi: 3.5х, 5х, 8х, 12.8х, 20х - 12.5х genişbucaqlı okulyar, +6~-6 D, eynəklə işləməyə uyğundur - 0-180° bucaq altında əyilə bilən binokulyar boru, f = 170 mm. - f = 250 mm fiksəolunmuş fokuslu obyektiv, zum-obyektiv f = 200-300 mm - işıq mənbəyi: işıqdiodlu lampa, işığın tənzimlənməsi, 30 000 - 50 000 lüks - əyilmə bucağı tənzimlənən ikiqat kronşteyn - səssiz soyutma sistemi
Optimal işıqlandırma sistemi kənar hissələrdə qara kölgələr qalmadan işçi sahənin tam şəkildə aydın görünməsinə şərait yaradır. Bu cür işıqlandırma "kor" zonaların formalaşmasını əngəlləyir. C Clear mikroskopu işin keyfiyyətinin yüksəlməsi ilə yanaşı, stomatoloqun sağlamlığı üçün də çox önəmlidir. Belə ki, mikroskop altında dişlərin müalicəsi düzgün erqonomik pozisiyada getdiyindən bu cihaz peşə xəstəliklərinin qarşısının alınmasında, bel və kürək nahiyəsində əzələ ağrılarının profilaktikasında mühüm rol oynayır. C Clear mikroskopu - komfort şəraitdə yüksək dəqiqliklə işləməyi sevən mütəxəssislərin əvəzolunmaz partnyorudur. Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Dental Mikroskop, CLEAR 2
27.000
AZN
31.000
AZN
Dental Mikroskop - CLEAR 1 - vizualizasiya texnologiyasında yeni era sayılaraq, geniş miqyaslı imkanları sayəsində stomatoloji prosedurların keyfiyyətini ən yüksək səviyyəyə qaldıran avadanlıqdır. Onun köməyilə hətta çətin görünən hissələrdə belə kariesin aşkarlanması, o cümlədən dişlərin bərpa prosesləri əhəmiyyətli dərəcədə asanlaşır.
Texniki göstəriciləri: - apoxromatik optik sistem - 5 böyütmə səviyyəsi: 3.5х, 5х, 8х, 12.8х, 20х - 12.5х genişbucaqlı okulyar, +6~-6 D, eynəklə işləməyə uyğundur - 0-180° bucaq altında əyilə bilən binokulyar boru, f = 170 mm. - zum-obyektiv f = 200-300 mm - işıq mənbəyi: işıqdiodlu lampa, işığın tənzimlənməsi, 30 000 - 50 000 lüks - əyilmə bucağı tənzimlənən ikiqat kronşteyn - Canon D750 fotokamera - distansion idarəetmə - HD displey - səssiz soyutma sistemi
Müalicə prosesi bütün detalları ilə monitorda əks olunur. Bu isə assistentə işin gedişini izləməyə və həkimin göstərişlərini operativ formada yerinə yetirməyə imkan verir. Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Dental Lazer - CHEESE Ⅱ - stomatoloji diod lazer aparatı olub, hava ilə soyutma imkanına malik kompakt sistemdir. Bu çoxfunksiyalı cihaz müxtəlif stomatoloji prosedurlar zamanı toxumaların kəsilməsi, koaqulyasiyası, zərərsizləşdirilməsi, dişlərin ağardılması və digər proseslər üçün nəzərdə tutulmuşdur.
GIGAA LASER şirkətinə məxsus 980 nm dalğa uzunluqlu lazer yumşaq toxumalarla işləmək üçün ən müasir stomatoloji vasitədir. Analoji cihazlarla müqayisədə onun qiymətinin münasib olması CHEESE Ⅱ modelinin əldə olunmasını xeyli asanlaşdırır.
Dental Lazer - CHEESE Ⅱ üstünlükləri: - İri ölçülü (7 düym), rəngli sensor ekran; - Minimal sərfiyyat; - Elektrik enerjisinin ötürülməsi üçün avtomatik stabilizasiya; - Təhlükəsizlik düyməsi; - Öndəcən yönləndirmə üçün rahat protokollar; - Cihazı ayaqla söndürməyə imkan verən naqilsiz düymə. Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Dental Lazer, CHEESE
7.500
AZN
11.000
AZN
Dental Lazer - CHEESE - cərrahiyyə, terapiya, implantologiya və digər geniş spektrli stomatoloji prosedurların aparılması üçün nəzərdə tutulan ən müasir vasitədir. 10 kHs tezlik yumşaq toxumaları yüksək dəqiqlik, minimal travmatizasiya və sürətli formada kəsməyə imkan verir. Cihaz cərrahiyyədən savayı stomatologiyanın digər sahələrində, məsələn, parodontologiya, endodontiya, eləcə də dişlərin ağardılması, biostimulyasiya, zərərsizləşdirmə və s. məqsədlərlə istifadə olunur.
Dental Lazer - CHEESE üstünlükləri: - minimal qan itkisi və ya ümumiyyətlə qanaxmanın olmaması; - optik koaqulyasiya: qan damarlarının termiki yandırma və ya karbonizasiyasız hermetizasiyası; - kəsmə və koaqulyasiyanın eyni zamanda yerinə yetirilməsi; - kollateral toxumaların zədələnməməsi; - postoperasion iltihab və diskomfort hallarının minimuma endirilməsi; - lazerin nüfuz etmə dərinliyinin tənzimlənməsi hesabına sağalma prosesinin sürətlə baş verməsi; - sterillik, təhlükəsizlik və effektivliyin yüksək səviyyədə olması. Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
Dental Lazer, FireLas Blue
9.500
AZN
13.000
AZN
Dental Lazer - FireLaz Blue - 4 fərqli dalğa uzunluğunu 450 nm, 635 nm, 810 nm, 980 nm özündə birləşdirən, həmçinin göy + yaxın infraqırmızı lazerdən ibarət innovasion stomatoloji avadanlıqdır. Bu cihaz parodontologiya, endodontiya, konservativ terapiya, cərrahiyyə, implantologiya, eləcə də estetik prosedurlar, məsələn, dişlərin lazerlə ağardılması üçün nəzərdə tutulmuşdur.
FireLaz Blue həm yumşaq, həm də sərt toxumalarla işləməyə imkan verir, prosedurların keyfiyyətini xeyli yüksəldir, dəqiq kəsmə, sterilizasiya qabiliyyəti və qanaxmanı dayandırmaq sayəsində müalicənin ağırlaşma ehtimalını minimuma endirir.
Dental Lazer - FireLaz Blue üstünlükləri: - 4 fərqli tezlikdə işləmək imkanı; - 450 nm göy lazer sayəsində erkən sağalma; - Android üçün sadə proqram təminatı; - Rəngli sensor ekran və rahat interfeys; - Hava soyutma sistemi hesabına təhlükəsiz müalicə Ətraflı məlumat üçün zəng edin: (055) 525 39 33
1 il ərzində cihazda hər hansı bir problem yaranarsa, PULSUZ ehtiyat hissələri və peşəkar servisimizlə yanınızdayıq.
Hissəvi ödəniş imkanı
İlkin ödəniş edin, qalan məbləği 12 ay ərzində hissə-hissə verin.
İstifadə təlimatı
Bizdən əldə etdiyiniz bütün avadanlıqların istifadəsini Sizə tam olaraq izah edirik. Nəticədə Siz rahat şəkildə işləyə bilirsiniz.
Tez-tez soruşulan suallar
Hissəvi ödəniş qaydası necədir?
Avadanlıqları banka getmədən hissəvi ödənişlə rahatlıqla əldə edə bilərsiniz. Məbləğin bir hissəsini ilkin ödəniş olaraq verirsiniz. Qalan hissəsini isə aylıq hissə-hissə ödəniş edirsiniz.
Rəsmi zəmanətə nələr daxildir?
Rəsmi zəmanət zamanı avadanlıqda hər hansı bir nasazlıq yaranarsa, qısa müddət ərzində bu problemi həll edirik. Bunun üçün əlavə ödənişə gərək yoxdur (xarici zədə istisna olmaqla).
Texniki servis üçün hara müraciət edilməlidir?
İstər zəmanət daxili, istərsə də zəmanət bitdikdən sonra texniki servis üçün usta axtarmağınıza ehtiyac yoxdur. Tərəfimizdən cihazın bütün hissələrinə texniki servis göstərilir.
Ətraflı məlumat üçün zəng edin və ya WhatsApp ilə bizə yazın