Fiziodispenser - C-SAILOR PRO - cərrahi başlıqlı, kontrast sensor displeyli və optikalı implantoloji sistemdir. Asan və aydın menyu həkimin cihazla rahat işləməsinə şərait yaradır. Yüngül pedal irriqasiya, proqram seçimi və fırlanma istiqamətini dəyişmək üçün düymələrlə təchiz olunmuşdur. İrriqasiya: - əl və ayaqla idarəolunma - xarici və daxili soyutma - sakit və eyni zamanda güclü su pompası - fizioloji məhlulun 5 ötürülmə rejimi: 50 - 135 ml/dəq.
İdarəolunma: - iri ölçülü sensorlu LED ekran - əyri ucluqlar üçün 7 ötürülmə variantı - 8 proqram (sürət, fırlanma anı, fizioloji məhlulun ötürülməsi, revers)
Texniki göstəricilər: - sürət: 40 000 dövr/dəq. - ölçü: 280 х 230 х 140 mm - çəki: 7,5 kq