Piezocərrahiyyə Cihazı US-II - cərrahi stomatologiya və implantasiyada istifadə olunan məşhur ultrasəs aparatının II nəslidir. Bu avadanlıq innovasion texnologiya, yəni idarəolunan 3 ölçülü ultrasəs dalğalar hesabına osteotomiya, osteoplastika, implantologiya, paradontoloji müalicə və ortodontik cərrahiyyə sahəsində yeni imkanlar açır.
Onun əsas xüsusiyyətləri: - yumşaq toxumaları zədələmədən sümük toxumalarının kəsilməsi - maksimal cərrahi dəqiqlik və intraoperasion həssaslıq - kavitasiya effekti - əməliyyat prosesində maksimal görüntü (qansız sahə).
Stomatologiyada istifadəsinə göstərişlər: - implant üçün yuvanın hazırlanması - dişlərin çəkilməsi - dişin distraksiyası - sinus-liftinq - parodontoloji müalicə - kistanın xaric edilməsi - sümük blokunun çıxarılması - osteoplastika və osteotomiya
Texniki xüsusiyyətləri: - iş sahəsinin LED işıqlandırılması - gücü: 10 səviyyəyə qədər tənzimlənmə - iş tezliyi: 24-36 KHz - maksimal vibrasiya: 200 mikron - çəki: 3,1 kq - ölçü: 330 х 254 х 167 mm