Dental Lazer - CHEESE Ⅱ - stomatoloji diod lazer aparatı olub, hava ilə soyutma imkanına malik kompakt sistemdir. Bu çoxfunksiyalı cihaz müxtəlif stomatoloji prosedurlar zamanı toxumaların kəsilməsi, koaqulyasiyası, zərərsizləşdirilməsi, dişlərin ağardılması və digər proseslər üçün nəzərdə tutulmuşdur.
GIGAA LASER şirkətinə məxsus 980 nm dalğa uzunluqlu lazer yumşaq toxumalarla işləmək üçün ən müasir stomatoloji vasitədir. Analoji cihazlarla müqayisədə onun qiymətinin münasib olması CHEESE Ⅱ modelinin əldə olunmasını xeyli asanlaşdırır.
Dental Lazer - CHEESE Ⅱ üstünlükləri: - İri ölçülü (7 düym), rəngli sensor ekran; - Minimal sərfiyyat; - Elektrik enerjisinin ötürülməsi üçün avtomatik stabilizasiya; - Təhlükəsizlik düyməsi; - Öndəcən yönləndirmə üçün rahat protokollar; - Cihazı ayaqla söndürməyə imkan verən naqilsiz düymə.