Dental Mikroskop, CLEAR

17000,00
AZN
19000,00
AZN
Dental Mikroskop - CLEAR - müasir stomatologiyada aparılan prosedurların keyfiyyətinin dünya standartlarına çatdırılmasının ayrılmaz faktorudur. 5 qat böyütmə funksiyasına malik bu cihaz mükəmməl diaqnostika və müalicə vasitəsi olub, restavrasiya işlərini yüksək dəqiqliklə yerinə yetirməyə imkan verir.

Texniki göstəriciləri:
- apoxromatik optik sistem
- 5 böyütmə səviyyəsi: 3.5х, 5х, 8х, 12.8х, 20х
- 12.5х genişbucaqlı okulyar, +6~-6 D, eynəklə işləməyə uyğundur
- 0-180° bucaq altında əyilə bilən binokulyar boru, f = 170 mm.
- f = 250 mm fiksəolunmuş fokuslu obyektiv, zum-obyektiv f = 200-300 mm
- işıq mənbəyi: işıqdiodlu lampa, işığın tənzimlənməsi, 30 000 - 50 000 lüks
- əyilmə bucağı tənzimlənən ikiqat kronşteyn
- səssiz soyutma sistemi

Optimal işıqlandırma sistemi kənar hissələrdə qara kölgələr qalmadan işçi sahənin tam şəkildə aydın görünməsinə şərait yaradır. Bu cür işıqlandırma "kor" zonaların formalaşmasını əngəlləyir. C Clear mikroskopu işin keyfiyyətinin yüksəlməsi ilə yanaşı, stomatoloqun sağlamlığı üçün də çox önəmlidir. Belə ki, mikroskop altında dişlərin müalicəsi düzgün erqonomik pozisiyada getdiyindən bu cihaz peşə xəstəliklərinin qarşısının alınmasında, bel və kürək nahiyəsində əzələ ağrılarının profilaktikasında mühüm rol oynayır. C Clear mikroskopu - komfort şəraitdə yüksək dəqiqliklə işləməyi sevən mütəxəssislərin əvəzolunmaz partnyorudur.



Ətraflı məlumat üçün zəng edin:
(055) 206 26 26