Paketləmə Cihazı - S3 - sterlizə olunmuş tibbi alətlərin hermetik bağlanması üçün nəzərdə tutulan stomatoloji avadanlıqdır. Onun əsas özəlliyi paketləmə üçün lazım olan temperaturun avtomatik seçilməsindən ibarətdir.
Üstünlükləri: - asan və rahat istifadə. Qızdırıcı səth hesabına alətlərin etibarlı hermetizasiyası təmin olunur, parlaq sensor (datçik) isə temperaturun optimal həddə çatmasını göstərməklə, cihazın işini xeyli yüngülləşdirir: - minimal enerji sərfiyyatı. Paketləmə cihazı - S3 nəinki keyfiyyəti, həm də elektrik enerjisinə qənaət etməsi ilə fərqlənir. - müasir dizayn və erqonomiklik. Cihaz kompakt olduğundan kabinetdə çox az yer tutur, yüngül çəki sayəsində daşınması asanlaşıır. Ecazkar dizayn isə hər bir kabinetə xüsusi şarm qatır.
Texniki göstəriciləri: gücü: 500 Vatt paketin eni: 250 mm kəsiyin eni: 10 mm çəki: 5,5 kq