Endomotor + Apekslokator - C-Smart-Mini AP - apekslokatorlu, naqilsiz endodontiya aparatıdır. Kök kanalının uzunluğunun dəqiq təyini, alətin apikal dəlikdən kənara çıxmasını əngəlləmək üçün ideal vasitədir.
3 rejimdə işləyə bilir: - yalnız endomotor - yalnız apekslokator - endomotor+apekslokator
Xüsusiyyətləri Erqonomiklik və yüngül çəki sayəsində rahat istifadə olunur. Aparatın portativliyi naqilin uzunluğundan asılı olmadan istənilən pozisiyada işləməyə imkan verir. İri tutumlu batareya uzunmüddətli işləmə qabiliyyətini təmin edir. Kontrast displeydə iş və akkumulyatorun enerji səviyyəsi barədə informasiya qeyd olunur. Fırlanma sürəti normadan çox olduqda, displeydə siqnalla müşayiət olunan qırmızı işıq yanmağa başlayır. Kompakt başlıq 60° əyilmə ilə 6 pozisiyada qoşula bilir. Başlıq asanlıqla sökülərək, avtoklavda 135°C temperaturda sterilizasiya üçün yararlıdır.
C-Smart mini AP aşağıdakı üstünlüklərə malikdir: - naqilsiz endoucluq - rahat interfeys - avtomatik rejimdə testlənmə və kalibrovka - avtorevers - sürət və fırlanma tərzinin tənzimlənməsi - resiprokal və fırlanan iş rejimi
Texniki xüsusiyyətlər Fırlanma sürəti – 125-650 dövr/dəq. Fırlanma anı – 0.6-3.0 N/sm Fayl tipi – ø 2,35 mm Batareya – Li-ion, 1400 mАs Ölçü – 19х13х6 sm