Skeyler - UDS-E LED - bu avadanlığın analoqları arasında ən proqressiv modeldir. Endodontiya və parodontologiya sahəsində ultrasəs vasitəsilə skeylinq üçün nəzərdə tutulmuşdur. İnnovasion konstruksiya və LED işıqlandırma cihazın mükəmməl işləməsinə şərait yaradır. UDS E LED modelində su mənbəyini əsas blokla birləşdirən şlanqın olmaması avadanlığın iş prinsipini xeyli asanlaşdırır. Bundan əlavə komplektə daxil olan 2 ucluq manipulyasiyaların yüksək səviyyədə yerinə yetirilməsinə səbəb olur.
Üstünlükləri - 135℃ temperaturda və 0.22MPa təzyiqdə sterlizasiya oluna bilən başlıq - optik başlıq - avtonom su ötürmə sistemi - 3 işləmə rejimi: Endo, Perio və Skaling - suspenziyalarla işləmə imkanı - qızmayan başlıq - eleqant və erqonomik dizayn - yüngül çəki və kiçik ölçü - rəqəmsal idarəolunma sistemi - pedalla idarə etmə
Texniki xüsusiyyətləri: tezliyi: 28kHs ± 3kHs blokun çəkisi: 1.35 kq adapterin çəkisi: 1.2 kq ölçüləri: 234×193×109 mm