Hava Kompressoru - 2EW-35 - yağsız kompressorlara aiddir. Bu model bir sıra üstünlüklərə malikdir:
- təmiz hava. Yağla işləyən kompressorlardan fərqli olaraq, 2EW-35 modeli çalışarkən otağın havası yağ hissəcikləri ilə çirklənmir.
- rahatlıq və qənaət. Yağsız kompressor 2EW-35 (100 l) münasib qiyməti və ekonomluğu ilə seçilir. Cihazın yağla təmin olunmasına və tez-tez texniki baxış keçirilməsinə ehtiyac yoxdur. Həmçinin kompressorun yüngül çəkili və kiçik ölçülü olması onun daşınmasını asanlaşdırır.
- komfort və təhlükəsizlik. Avadanlığın səssiz çalışması onun növbəti üstünlüklərindəndir. Digər vacib məqam ondan ibarətdir ki, cihazın işləməsinə çox az miqdarda elektrik enerjisi sərf olunur. Eyni zamanda 2EW-35 modeli 2 qurğunu dəstəkləmək qabiliyyətinə malikdir.