BLUECORE Cənubi Koreya şirkətinin istehsalı olan Fouri, dünyada həm Erbium YAG (2,940nm), həm də CO2 (10,600nm) lazer texnologiyalarını bir cihazda birləşdirən ilk avadanlıqdır. Bu cihaz dərinin lazer cilalanması və istənilən növ çapıq müalicəsi üçün ideal seçimdir.
Cihazın istifadə məqsədləri: • dərinin lazer cilalanması (şlifovkası); • akne sonrası çapıqların aradan qaldırılması; • dərinin tutqun rəngi, piqment ləkələrinin və çillərin aparılması; • cərrahi çapıqların aradan qaldırılması; • melasmanın aparılması; • qırışların aradan qaldırılması; • intim ağartma (genital bəyazlatma).
Fərqli məqsədlər üçün istifadə olunan cihaz başlıqları: • Dual Zoom; • Fractional; • Bluepeel.