"INEX MEDICAL" şirkəti - göz almasında müxtəlif növ əməliyyatlar üçün nəzərdə tutulan müasir cərrahi mikroskoplar üzrə rəsmi satış mərkəzidir.
Yüksək dəqiqlik tələb edən cərrahi müdaxilələrdə (miopiya, hipermetropiya, qlaukoma, torlu qişa patologiyaları, katarakta zamanı) oftalmoloji mikroskopların rolu əvəzsizdir. Belə ki, inteqrasiya olunmuş vizualizasiya sistemi sayəsində göz hissəcikləri tam dəqiqliyi ilə düzgün fizioloji formada görünür.
Müasir modellər həm də biomikroskopiya - göz xəstəliklərinin erkən mərhələdə diaqnostikası məqsədilə istifadə olunur.
Təqdim etdiyimiz oftalmoloji cərrahi mikroskoplar üçün mərhələli zoom və işığın lazımi səviyyədə tənzimlənməsi xarakterikdir. Göz cərrahiyyəsində həm də iş məsafəsi vacib anlayışdır. Oftalmoloji mikroskoplar üçün bu göstərici adətən 200 mm-ə çatır.
Digər mühüm məqam bəzi müştərilərin qiyməti ucuz olan işlənmiş modellərlə maraqlanmasıdır. Bu, əslində çox yanlış fikirdir. Optik cihazın keyfiyyətində hər hansı qənaət bir qayda olaraq, müalicədə uğursuzluqlarla nəticələnir. Digər tərəfdən isə köhnə mikroskopların mütəmadi təmiri hər dəfə büdcəyə xeyli ziyan vurur.
Belə hallarla qarşılaşmamaq üçün biz yalnız dünyanın qabaqcıl istehsalçılarından yeni modelləri birbaşa alış edirək, sərfəli qiymətlərlə müştərilərə təklif edirik. Bizim üçün müştəri məmnuniyyəti ilə yanaşı, şəxsi reputasiya da çox vacibdir.
Cərrahi mikroskopların qiyməti və xüsusiyyətləri ilə maraqlanırsınızsa, o zaman bizimlə əlaqə saxlayın.