"INEX MEDICAL" şirkəti - kataraktanın mikrocərrahi müalicəsində əvəzsiz vasitə sayılan fakoemulsifikatorlar üzrə rəsmi satış mərkəzidir. Onun əsas elementi saniyədə 20 000-dən çox hərəkət edərək, büllur nüvəsini destruksiya edən iynədir. Fakoemulsifikator - pasiyentlərə geniş spektrli, keyfiyyətli xidmət göstərən oftalmoloqların əsas seçimidir.
Alış edərkən fakoemulsifikatorun qiyməti ilə yanaşı, aparatın funksional imkanlarına da fikir vermək lazımdır. Bu cihazlar bir neçə tip enerji ilə təmin olunmalıdır:
• yüksək sürətli maye şırnağı
• ultrasəs
• mexaniki
Həmçinin müasir fakoemulsifikatorlar nəinki koaksial, eləcə də torsion ultrasəslə işləməlidir. Bu xüsusiyyət proqressivləşən sərt kataraktaların müalicəsində çox vacibdir.
Müştərilərə təqdim etdiyimiz bütün modellər sadalanan tələblərə tam şəkildə cavab verir. Cihazın çoxfunksiyalı olması və bir neçə rejimdə işləməsi oftalmoloqa hər bir xəstəyə individual yanaşma imkanı verir.
Fakoemulsifikatorların satışı həm nağd, həm də hissəvi ödənişlə mümkündür. Cihazların xüsusiyyətləri və qiyməti ilə maraqlanırsınızsa, o zaman bizimlə əlaqə saxlayın.