"INEX-MEDICAL" şirkəti - göz dibini detallı şəkildə müayinə edən, rəngli fotofiksasiya imkanlı fundus kameralar üzrə rəsmi satış mərkəzidir. Bu rəqəmsal oftalmoloji avadanlıq mikroskop və kameradan ibarətdir.
Göz dibinin müayinəsi zamanı çəkilən fotolarda mərkəzi və periferik torlu qişa, görmə sinirinin diski və makula dəqiqliklə əks olunur. Vitreoretinal patologiyaların diaqnostikasında fundus kamera əvəzsiz avadanlıq hesab olunur.
Təqdim etdiyimiz modellər 2 qrupa bölünür:
• midriatrik – bəbəyi genişləndirmək üçün medikamentoz vasitələrdən istifadə olunur
• qeyri-midriatrik – bütün manipulyasiyalar dar bəbəklə həyata keçir, dərman preparatına ehtiyac olmur.
Retinal kamera ilə çəkilən şəkillərdə rəngli filtrlər və ya xüsusi rəngləndiricilər (flüoressein və indosin) istifadə olunur. Bütün fotolar məlumatlar bazasında saxlanıldığından həkim müalicənin dinamikasını yoxlamaq üçün onlara yenidən baxa bilir.
"INEX-MEDICAL" oftalmoloji cihazların zəmanətli satışı ilə bərabər, həm də ən qısa zamanda çatdırılma və dəqiq servis ilə müştərilərinin hər zaman xidmətindədir.
Fundus kameralar ilə bağlı sifarişiniz və ya sualınız varsa, o zaman bizimlə əlaqə saxlayın.