"INEX-MEDICAL" şirkəti - göz toxumalarının 3D formatında mikroskopik səviyyədə diaqnostikası üçün nəzərdə tutulan optik koherent tomoqraflar üzrə rəsmi satış mərkəzidir.
Bu aparatlarla laylı skanlama sayəsində göz almasının ön və arxa hissələri qeyri-invaziv müayinə olunur.
Təqdim etdiyimiz son model koherent tomoqraflar diaqnostika sahəsində bir yenilikdir. Onların köməyilə kontrast maddə yeritmədən angioqrafiya da etmək mümkündür. Bu yolla heç bir rəngləndiriciyə ehtiyac qalmır və göz almasının qan damarlarının vəziyyəti təmassız araşdırılır.
Koherent tomoqrafın 5 əsas üstünlüyü:
• gözün real rejimdə 3 ölçülü təsviri
• toxumaların struktur dəyişiklikləri barədə dəqiq məlumat
• mikroskopik analiz üçün bioptantın götürülməməsi
• digər müayinələrdə üzə çıxmayan patologiyaların aşkarlanması
• ionlaşdırıcı şüalanmanın yoxluğu
Tomoqrafları şirkətimizdən həm nağd, həm də sərfəli ödəniş şərtləri ilə əldə edə bilərsiniz. Təklif etdiyimiz bütün modellərin keyfiyyət və uzunmüddətli iş qabiliyyətinə tərəfimizdən zəmanət verilir.
Optik koherent tomoqraf ilə bağlı sifarişiniz və ya sualınız varsa, o zaman bizimlə əlaqə saxlayın.