"INEX-MEDICAL" şirkəti - buynuz qişanın əyriliyini təyin edən korneotopoqraflar üzrə rəsmi satış mərkəzidir. Oftalmometrin müasir alternativi olub, avtomatik rejimdə işləyən bu cihazlarla müayinə eyni anda minlərlə nöqtədə aparılır. Məhz bu xüsusiyyət sayəsində dəqiq nəticələr əldə olunur.
Korneotopoqrafiya zamanı alınan məlumatlar kompüterdə işlənildikdən sonra displeydə rəngli qrafik təsvir şəklində əks olunur.
Təqdim etdiyimiz modellər arasında ən çox istifadə olunan Plasido həlqəsi texnologiyası üzrə işləyən cihazlardır. Satışda həmçinin aşağıdakı 3 prinsip ilə çalışan korneotopoqraflar / keratotopoqraflar da mövcuddur:
• skanlayıcı yarıqlı lampa
• rastrlı şəkil çəkmə
• lazerlə holoqrafik interferometriya
Cihazların qiyməti modeldən asılı olaraq dəyişir. Bəyəndiyiniz avadanlığı şirkətimizdən nağd və ya hissəvi ödənişlə əldə edə bilərsiniz.
Korneotopoqraf ilə bağlı sifarişiniz və ya sualınız varsa, o zaman bizimlə əlaqə saxlayın.