Mikrokeratomlar

Pulsuz çatdırılma
Aldığınız məhsul tam ödənişsiz olaraq ünvanınıza çatdırılır
Pulsuz quraşdırılma
Əldə etdiyiniz avadanlıq və cihazlar tərəfimizdən pulsuz olaraq quraşdırılır
Rəsmi zəmanət
Əldə etdiyiniz bütün məhsullara rəsmi zəmanət verilir
WhatsApp-a keçin,
bizə yazın və ətraflı məlumat əldə edin
Bütün Tibbi Avadanlıqlar

Mikrokeratomlar

"INEX MEDICAL" şirkəti - göz cərrahiyyəsinin ayrılmaz hissəsi olan mikrokeratomlar üzrə rəsmi satış mərkəzidir. Bu lazer qurğuları ilə buynuz qişada 100-160 mikron qalınlığında (saç telindən 3 dəfə nazik) kəsik aparılır. Nəticədə oftalmoloji müalicənin uğurunu təmin edən ideal formalı toxuma loskutları əldə olunur. Məhz bu xüsusiyyət sayəsində buynuz qişası anadangəlmə nazik olan insanlarda da görməni lazerlə korreksiya etmək mümkündür.

Təqdim etdiyimiz cihazlar manual və avtomatik modellərə bölünür. Müasir mikrokeratomlar xüsusi PC (personal kompüter) və monitorla təchiz olunmuşdur. Bu yenilik əməliyyat prosesində ən kiçik detallara belə nəzarət etməyə və eləcə də pasiyentin təhlükəsizliyini qorumağa imkan verir.

Avtomatik mikrokeratomlar 4 üstünlüyə malikdir:
• insan faktorunun uzaqlaşdırılması nəticəsində loskutların formalaşmasında xəta ehtimalının minimuma enməsi
• kəsici başlığın hərəkətinin miniatür elektromotor tərəfindən idarə olunması
• əməliyyat boyunca kəsiyin diametri və buynuz qişanın səthinin monitorinqi
• kəsiyin əsas göstəricilərinin (diametr, körpünün ölçüsü, kəsici başlığın hərəkət sürəti) öncədən proqramlaşdırılması üçün idarəetmə bloku


Mikrokeratomların satışı həm nağd, həm də əlverişli hissəvi ödəniş şərtləri ilə həyata keçirilir. Bizdən alış edən müştərilər üçün rəsmi zəmanət daxilində və postzəmanətli sürətli texniki servis də mövcuddur.

Mikrokeratomların qiyməti və xüsusiyyətləri ilə maraqlanırsınızsa, o zaman bizimlə əlaqə saxlayın.
Sualınız var?
Nömrənizi yazın, zəng edib ətraflı məlumat verək

Bizimlə əlaqə
E-mail
office@inex-medical.az
Ünvan
Azərbaycan, Bakı,
Kazım Kazımzadə 29,
Nərimanov rayonu