"INEX MEDICAL" şirkəti - beynəlxalq tibbi standartlara cavab verən yeni nəsil oftalmoloji lazerlər üzrə rəsmi satış mərkəzidir. Bu aparatlar keyfiyyət, təhlükəsiz və rahat istifadənin vəhdətidir.
Təqdim etdiyimiz oftalmoloji lazerlər 3 qrupa bölünür:
• inert qaz (arqon, kripton və s.) əsaslı
• eksimer
• diod
Lazer şüası monoxromatikliyi və koherentliyi ilə seçilir. Bunun sayəsində bioloji toxumalara selektiv təsir göstərilir. İnnovasion lazerlər iridotomiya, trabekuloplastika, kapsulotomiya, fotokoaqulyasiya və digər cərrahi əməliyyatlarda geniş tətbiq olunur. Torlu qişanın makula nahiyəsinin patologiyalarında məhz kompakt ölçülü diod lazerlərin rolu əvəzsizdir.
"INEX-MEDICAL" şirkəti - oftalmoloji avandanlıqları dünyanın qabaqcıl istehsalçılarından birbaşa alaraq, sərfəli qiymətlərlə müştərilərə təklif edir. Sizi maraqlandıran cihazı nağd və ya əlverişli hissəvi ödəniş şərtləri ilə əldə edə bilərsiniz.
Oftalmoloji lazerlərin satışı Bakıda Cəfər Cabbarlı küçəsi 44 ünvanında yerləşən "Caspian plaza"da rəsmi zəmanətlə həyata keçirilir.
Hər hansı sualınız və ya sifarişiniz varsa, o zaman bizimlə əlaqə saxlayın.