"INEX-MEDICAL" şirkəti - görmə sahəsinin analizatoru olan oftalmoloji perimetrlər üzrə rəsmi satış mərkəzidir. Təqdim etdiyimiz cihazların köməyilə kinetik, statik və rəngli perimetriya aparılır. Həmçinin torlu qişanın həssaslıq həddi təyin olunur.
Manual modellərdən fəqrli olaraq, müasir avtomatik perimetrlərdə müayinənin bütün mərhələləri mikroprosessor tərəfindən idarə olunur. Bu isə insan faktoru ilə bağlı xətaların baş vermə ehtimalını sıfıra endirir. Beləliklə, minimal zaman sərf etməklə maksimal dəqiq nəticələr əldə olunur.
Yeni nəsil perimetrlər həm də beynəlxalq standartlara tam şəkildə cavab verir. Müayinə prosesində məlumatlar avtomatik formada kompüterin yaddaşında saxlanılır. Bu funksiya nəticələrin müqayisəli şəkildə analizinə imkan verir.
Şirkətimiz avadanlıqları dünyanın qabaqcıl istehsalçılarından birbaşa alaraq, müştərilərə sərfəli şərtlərlə təklif edir. Oftalmoloji perimetrlərin satışı həm nağd, həm də hissəvi ödənişlə mümkündür.
Tibbi cihazların qiyməti və ya xüsusiyyətləri ilə bağlı sualınız varsa, o zaman bizimlə əlaqə saxlayın.