"INEX MEDICAL" şirkəti - fərqli xüsusiyyətlərə və dizayna malik oftalmoloji qurğular üzrə rəsmi satış mərkəzidir. Pasiyentlərə keyfiyyətli xidmətin göstərilməsi və bununla yanaşı həkimin də komfort şəraitdə fəaliyyəti üçün iş otağı düzgün tərtib olunmalıdır.
Şirkətimiz dünyanın qabaqcıl istehsalçıları ilə əməkdaşlıq edərək, yalnız keyfiyyətli materialdan hazırlanmış, dözümlü və funksional qurğuları müştərilərə təklif edir.
Oftalmoloji qurğular erqonomik xarakter daşıyaraq, müayinə cihazlarını vahid optometrik sistem şəklində cəmləşdirir. Bu isə avtorefkeratometr, foropter, işarələr proyektoru və dioptrimetr arasında məlumatların sürətli mübadiləsini təmin edir.
Hazırda fərqli modellər arasında məhz bu 3 qrupa daha çox tələbat vardır:
• oftalmoloji aparatların səliqəli düzülməsi üçün (foropter və işarələr proyektoru stanq üzərində yerləşdirilir. Əlavə olaraq, fırlanan masa, suya davamlı materialdan hazırlanmış kreslo və idarəetmə pultu ilə təmin olunur)
• görmə sisteminin müxtəlif göstəricilərinin sürətli ölçülməsi üçün (hərəkətli masanın olması bir neçə cihazdan dərhal istifadə etməyə şərait yaradır. Bunun üçün bir aparatdan durub digərinə yaxınlaşmağa ehtiyac qalmır)
• bütün cihazların vahid optometrik sistemdə birləşərək, cəmi 1 pultla idarə olunması. Nəticədə müayinə və eynək təyini həm effektiv, həm də sürətli formada yerinə yetir. Geniş funksional imkanlara və incə hərəkətlərə malik kronşteyn isə həkimin iş prosesini xeyli rahatlaşdırır.
Bütün növ oftalmoloji qurğuların satışı həm nağd, həm də sərfəli hissəvi ödəniş şərtləri ilə həyata keçirilir. Qurğularla bağlı sifarişiniz və ya sualınız varsa, o zaman bizimlə əlaqə saxlayın.