"INEX-MEDICAL" şirkəti - gözdaxili təzyiqi ölçmək üçün nəzərdə tutulan müxtəlif növ oftalmoloji tonometrlər üzrə rəsmi satış mərkəzidir. Yeni nəsil modellər gözə təmas etmədən müayinənin tam təhlükəsiz formada, eləcə də yüksək dəqiqliklə aparılmasına şərait yaradır. Məhz gözlə kontaktın olmaması pasiyentdə diskomfort və infeksiyalaşma riskini sıfıra endirir.
Cihaz üçün şirkətimizə müraciət edən hər bir şəxsə kompleks xidmətlər göstərilir:
• peşəkar konsultasiya
• alıcının istək və büdcəsinə uyğun düzgün cihazla təmin olunması
• zəmanət daxilində və postzəmanətli sürətli texniki servis
Gözdaxili təzyiq üçün tonometrlərin qiyməti modeldən, həmçinin stasionar və ya portativ olmasından asılı olaraq dəyişir. Oftalmoloji tonometrlər ilə bağlı sifarişiniz və ya sualınız varsa, bizimlə əlaqə saxlayın.