"INEX MEDICAL" şirkəti - göz xəstəliklərinin diaqnostikası və görmə orqanının biomikroskopik analizi üçün istifadə olunan yarıqlı lampalar üzrə rəsmi satış mərkəzidir.
Bu aparatlar binokulyar mikroskopdan, eləcə də halogen və ya LED lampalı işıqlandırıcılardan ibarətdir. Təqdim etdiyimiz bir sıra modellər foto və videoçəkiliş üçün əlavə modullar, həmçinin tonometrlə təchiz olunmuşdur.
Yarıqlı lampalı biomikroskoplar qlaukoma, sklerit, katarakta, distrofik dəyişikliklər və onkoloji xəstəliklərin müayinəsində geniş tətbiq olunur. Onlar maksimal dəqiq nəticə göstərməklə, yüksək diaqnostik əhəmiyyət daşıyır.
Yarıqlı lampaların qiyməti cihazın funksionallığından və modelindən asılı olaraq dəyişir. Müasir oftalmoloji kabinetlərin ayrılmaz hissəsi sayılan bu aparatları şirkətimizdən rəsmi zəmanətlə əldə edə bilərsiniz.
Biomikroskopların satışı və xüsusiyyətləri ilə maraqlanırsınızsa, o zaman bizimlə əlaqə saxlayın.