"INEX MEDICAL" - dental klinika və kabinetlərdə pasiyentlərə peşəkar xidmətin göstərilməsi üçün lazım olan bütün növ stomatoloji avadanlıqlar üzrə rəsmi satış mərkəzidir.
Şirkətimizdə terapevtik, ortopedik və cərrahi stomatologiya üçün nəzərdə tutulan, hər büdcəyə uyğun modellər mövcuddur.
Təqdim etdiyimiz dental cihazlar ən yeni texnologiyalar üzrə hazırlanmaqla yanaşı, həm də uzunmüddətli istifadəyə yararlığı ilə seçilir. Bu üstünlükləri özündə birləşdirən stomatoloji cihazlar müştərilərimizə zəmanətli şəkildə əlverişli şərtlərlə təklif olunur.
Keyfiyyətli stomatoloji avadanlıq prosedurların həm həkim, həm də pasiyent üçün maksimal komfort şəraitdə keçməsini təmin edir.
Kompleks alış zamanı Siz kabinet üçün nəzərdə tutulan bütün cihazları bir ünvandan əldə etməklə pulunuza və zamanınıza qənaət edəcəksiniz. Dental avadanlıqlar ilə bağlı sifarişiniz və ya hər hansı bir sualınız varsa, o zaman bizimlə əlaqə saxlayın.