"INEX-MEDICAL" şirkəti - gözün işıq şüalarını sındırma əmsalını (refraksiya) müəyyən edən avtorefraktometr, eləcə də avtorefkeratometrlər üzrə rəsmi satış mərkəzidir.
Hal-hazırda oftalmologiyada bir-birindən fərqli modellərdən istifadə olunur. Şərti olaraq, onlar 5 qrupa bölünür:
• avtorefraktometr
• keratometriya funksiyalı. Bu modellər avtorefkeratometr, avtokeratorefraktometr adlanır.
• portativ
• stasionar
• uşaqlar üçün
Avtorefraktometr (avtorefkeratometr) - görmə funksiyasının pozulmalarını: miopiya, hipermetropiya və astiqmatizmi dərhal üzə çıxarmağa imkan verir.
Bu cihazlara yüksək tələbat onların aşağıdakı üstünlükləri ilə bağlıdır:
• müxtəlif rejimlərdə ölçmə imkanı
• sürətli və dəqiq nəticə
• aydın interfeys
• yüksəkkontrastlı displey
• pasiyentlərə individual adaptasiya
"INEX MEDICAL" - avtorefraktometrlərin satışı ilə bərabər, həm də öz müştərilərinə operativ texniki servislə xidmət göstərir.
Avtorefraktometr / avtorefkeratometrlər ilə bağlı sifarişiniz və ya sualınız varsa, o zaman bizimlə əlaqə saxlayın.